Sağlam yaşa

Bütün sahələri doldurun.

Zeytun yağı mədənin, bağırsağın, qara ciyərin işini yaxşılaşdıraraq, həzm prossesini yaxşılaşdırır. Yeməkdən qabaq bir neçə duza qoyulmuş zeytun və ya zeytun yağı qatılmış salatlar yemək məsləhət görülür. Zeytun yağı tərkibindəki vitamin E və antioksidantların hesabına dərinin vaxtından əvvəl qocalmasına mane olur. Zeytun yağı arterial təzyiqin normallaşmasına kömək edir. Zeytun yağı yaraların, yazvanın, kəsiyin sağalmasına imkan yaradır. Zeytun yağı – diabetin, piylənmənin, ürək-damar xəstəliklərinin profilaktikası üçün əla vəsaitdir. Zeytun yağının ödqovucu təsirə malikdir. Zeytun yağının müntəzəm istifadəsi qadınlarda süd vəzinin xərçəngi xəstəliyi riskini bir neçə dəfə azalır. Tərkibində A, E, D,K vitaminləri vardır ki, sümük toxumaları, əzələlər və bağırsaq divarlarının möhkəmlənməsinə səbəb olur və qocalma prossesinə mane olur .Zeytun yağı qaraciyəri qocalmaqdan qoruyur. Bu gün zeytun yağının yeməklərə qatılmasını tez-tez eşidirik, eyni zamanda ondan kosmetik məqsədlərdə də, istifadə olunr (kremlərdə, üz üçün maskalarda,, üzün masaj olunmasında, sabunların tərkibində).
Hələ qədimlərdə myşahidə edilmişdi ki, yağda uzun myddət istifadə oluhması qocalığın qarşısını alır. Artıq məlum olmuşdur ki, E vitamini və antioksidanlar hüceyrələrin qocalmasının qarşısını aldığından qadınlar öz gözəlliklərini və cavanlıqlarını uzaltmaq istəyirlər.
Daxilə qəbul etməklə yanaşı, yağın üzə çəkilməsi də çox səmərə verir. Yağ quru, həssas dərilərə çox xeyirlidir., üz məsamələrindən nəmliyi tez gştürür, tərləmənin qarşısını alır.Kosmetik vasitə kimi artıq qədim zamanlardan bəri zeytun yağından istifadə edirlər.
Onun populyar olması, bir bitki yağı olaraq, antioksidantlar ilə, vitamin və digər bioloji aktiv maddələr ilə zəngin olması ilə əlaqədardır. Zeytun yağı bütün növ dərilər üçündür, lakin onu daha çox quru dəri və zəif saçlar üçün məsləhət bilirlər.
Satışda olan bir çox bahalı və istifadə olunan kremlər məhz zeytun yağının əsasında düzəldilib. Zeytun yağı dərini nəmləndirir və hamarlaşdırır. Quru və solmuş dəriyə parlaqlıq verərək, onu canlandırır. Tərkibində yağlı turşular var ki, dəridəki yağ balansının tarazlaşdırır, antioksidantlar dərini qoruyur.
* Zeytun yağını xaricdən sürməklə əldə edilən faydalardan bəziləri:
• Dəriyə və saça inanılmaz gözəllik qatar. Quru dərini canlandırar, qırışları azaldır.Zeytun yağı dərini yumşaldır və elastik, hamar bir görünüş verər.
• Zeytun yağı yorğun ayaqları sakitləşdirər və canlandırar. Zeytun yağının mükəmməl yumşaltma və nəmləndirmə tutumu vardır. Çatlaq və quru ayaqları müalicədə birə-birdir.
• Zeytun yağı taraş ediləcək bölgəni yumşaltma və rahatlatmada birə-birdir.
• Qurumuş və çatlamış dodaq üçün məlhəm olaraq istifadə edilə bilər.
• saçdakı kəpəyi və tökülməyə mane olar. Saçı parladır.
• Dırnaqları gözəlləşdirər və gücləndirər.
• Zeytun yağı ilə doğum çatlaqları azaldıla bilər.
• əmizdirənlərdən üçün ən yaxşı sinə ucu qulluq zeytun yağı ilə edilər.
qaynaq: dəqiqdən götürmədir