Aşpaz sirləri

Bütün sahələri doldurun.

Zeytun yağı hansı şəraitdə saxlanmalıdır?
Zeytun yağı sərin yerdə, günəş şüalarının birbaşa təsirindən kənar yerdə saxlanmalıdır.
Zeytun yağının xarab olduğunu necə aşkarlamaq olar?
Zeytun yağı xarab olduğu zaman turşumuş qoxusu əmələ gəlir. Ağzı bağlı vəziyyətdə 2-3 il saxlamaq mümkün olduğu halda, ağzı açıldıqdan sonra şüşəni 1-2 ay ərzində istifadə etmək məsləhətdir.
Zeytun yağı soyuducuda saxlandığı vaxt ya bulanıqlıq ya da çoküntü əmələ gəlir.
Belə olduğu halda yağ şüşəsini ya isti suyun altına tutmaq, ya da isti otaq temperaturunda saxlamaq məsləhətdir, yağ yenidən şəffaf olacaq. Bu proses yağın keyfiyyətinə və ətrinə təsir göstərmir.
Zeytun yağlarının yaşıl, tünd yaşıl vs rənglərinə rastlamaq olur.
Bunun səbəbi zeytun bitkisinin hansı rayonda yetişdirildiyindən asılıdır. İdxal zeytun yağlarının içərisində Aralıq dənizi sahillərinin isti rayonlarında yetişdirilən zeytun ağaclarının bəhrəsi olan Zeytuna ən ətirli və süfrənizə uyğun yağ kimi tövsiyə edilir. Zeytun yağının təam keyfiyyəti zaman keçdikcə pisləşir, ona görə il ərzində bütün ehtiyyatlarını qurtarmaq lazımdır.
Salatlarda hansı Zeytunadan istifadə etmək tövsiyə edilir?
Salatlarda və soyuq halda yeyilə biləcək yeməklərin hazırlanmasında Zeytuna Extra Virgin istifadəsi tövsiyə edilir.
Zeytun yağı niyə bahalı olur?
Zeytun yağı, əsasən, qış aylarında əllə yığılan məhsuldan emal olunduğuna görə qiyməti bahalı olur.