Haqqında

Bütün sahələri doldurun.

Zeytun Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var.Zeytun həmişəyaşıl halda, 4 - 6, nadirən 10 - 12 m hündürlükdə ağac olub, boz-yaşıl rəngli lansetvarı yarpaqlara malikdir. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır. Meyvəsi birtoxumludur, lətli, yağlı yanlığı var, toxumları uzunsov, qonur rənglidir. Zeytun may-iyun aylarında çiçək açır, meyvələri oktyabr-noyabrda yetişir.Meyvələrinin lət hissəsində 70 %-ə qədər, toxumunda isə 25 - 30 % əla keyfiyyətli piyli yağ vardır. Müxtəlif xalqlar zeytun yağına ilahi mənşəli ağac yağı kimi yanaşardılar. Qədim yunan rəvayətinə görə müdriklik allahı Afina allahların yarışında ən əhəmiyyətli neməti udaraq insanlara hədiyyə kimi bağışlamışdır.
Yunanlar yağı ”oliva” adlandırmışlar. Zeytun ta qədim dövrdən insanlara xidmət edir. Xristianlıq dövründən yağdan bədəni və ruhu müalicə etmək üçün istifadə edirdilər.
Qəribə də olsa, bütün dövrlərdə insanlar yenidən və yenidən zeytun yağının yeni keyfiyyətlərini kəşf edirlər.Bax, elə bizim günlərdə Fransada müəyyən edilmişdir ki, zeytun yağı dəri altı piyi xatırladır. Ona görə də dəriyə soyuq dəydikdə, myxtəlif fəsadlardan qızardıqda, dəri qabıq tökdükdə və qocalmanın qarşısını almaqda köməyi dəyir. Bu yağdan həm yeyinti sənayesində, həm də təbabətdə geniş istifadə olunur.Zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitkidir. O, hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş və meyvələrindən və onun yağından bir sıra xəstəliklərə qarşı [revmatizm, yanıq, göz xəstəlikləri və s.], həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli ədviyyat kimi istifadə edilmişdir.Müalicə məqsədləri üçün bitkinin yarpaq və meyvələrindən istifadə edilir. Zeytundan alınan yağ mədə, soyuqdəymə, yumşaldıcı, işlədici təsirli, öd kisəsində toplanan daşların tökülməsində mühüm əhəmiyyət kəsb edir.