Qırmızı lobya

ən dadlı yeməklər, Zeytuna ilə bişər

Tərkibi:
2 stəkan quru qırmızı lobya
2 ədəd kök
2 ədəd baş soğan
1 yemək qaşığı tomat pastası
1/2 stəkan isti su
1/2 stəkan Zeytuna Riviera
Duz zövqə görə

Hazırlanma qaydası:
Quru lobya artlanır, yaxşıca yuyulur, axşamdan isladılır, növbəti gün islanmış lobya qaynadılır. Zeytuna Rivierada soğan qovrulur. Qovrulmuş soğana uzunsov doğranılmış kök əlavə edilir və kök bişənə qədər qovrulur. Bu qarışığın üzərinə tomat pastası, isti su, duz əlavə edilir və orta alovda suyu çəkilənədək qaynadılır. İlıq və ya soyuq halda süfrəyə verilir. Nuş olsun.