Təzə lobya

ən dadlı yeməklər, Zeytuna ilə bişər

Tərkibi:
1 kq lobya
2 diş sarımsaq
4 ədəd baş soğan
1/2 banka soyulmuş doğranmış pomidor
1 çay qaşığı limon suyu
1 ədəd qənd
1/ stəkan isti su
1/2 stəkan Zeytuna Riviera
Duz zövqə görə

Hazırlanma qaydası:
Lobya təmizlənərək tən ortadan ikiyə bölünür. Bol su ilə yuduqdan sonra suda saxlanılır. Rəndədən keçirilmiş soğan və soyulmuş doğranmış pomidor Zeytuna Rivierada qovrulur. Bir az qovrulduqdan sonra üzərinə təmizlənmiş lobya, biraz sonra duz, limon suyu və qənd əlavə edilir. 15 dəqiqə sonra ocağın altı azaldılır və lobya suyu çəkilənədək bişirilir. Daha sonra lobyanın üzərini örtənə qədər qaynar su əlavə edilir və bişirilir. Tam hazır olduqdan sonra altı söndürülür və qapağı açılmadan soyuması gözlənilir. Nuş olsun.