Zeytun salatı

ən dadlı yeməklər, Zeytuna ilə bişər

Tərkibi:
300 qr yaşıl çəyirdəksiz konservləşdirilmiş zeytun
1/2 diş duzla əzilmiş sarımsaq
1/2 narın dənələri 
5 qaşıq narşərab
Şüyüd
5 qaşıq Zeytuna Extra Virgin
Duz zövqə görə

Hazırlanma qaydası:
Zeytun dənələri istənilən zövqə uyğun ölçüdə doğranılır, nar dənələri, əzilmiş sarımsaq, narşərab əlavə edilərək qarışdırılır. Qarışığın üzərinə Zeytuna Extra Virgun və duz əlavə edilərək bir daha qarışdırılır. Salat hazır olduqdan sonra xırda doğranmış şüyüdlə bəzədilərək kənarda 10 dəqiqə saxlanıldıqdan sonra süfrəyə verilir. Nuş olsun.