Şüyüd plov

ən dadlı yeməklər, Zeytuna ilə bişər

Tərkibi:
2 stəkan düyü
2 ədəd baş soğan
3 stəkan isti su (ət ya da toyuq bulyonu istifadə etmək olar)
4 ədəd kartof
3 ədəd yaşıl soğan
1 ədəd kök
1 ədəd limon suyu
2 ədəd qənd
Şüyüd
2 stəkan Zeytuna Riviera
Duz və istiot zövqə görə

Hazırlanma qaydası:
Yaşıl soğanın yaşıl hissələrini kiçik doğranılır, kartof kub şəklində doğranılır. Baş soğan xırda-xırda doğranılır, kök təmizlənir kub şəklində doğranılır. Soğan orta alovda Zyetuna Riviera əlavə edilərək bir az qovrulur, sonra üzərinə kök əlavə edilərək yenə də qovrulur. Daha sonra bunların üzərinə düyü əlavə edilib 4-5 dəqiqə qovrulur. 4-5 dəqiqədən sonra bütün ərzaqların üzərinə isti su əlavə əlavə edilir, qənd duz və istiot əlavə edildikdən sonra, orta odda plov qaynayanadək bişirilir. Su qaynamağa başladıqda kartof və yaşıl soğan düyüyə əlavə edilib qarışdırılır. Orta alovda su quruyanadək bişirilir. Su çəkilənə yaxın xırda-xırda doğranmış şüyüd, limon suyu və istiot əlavə edilərək qarışdırılır. Qazan dəsmalla bükülərək ən azı 30 dəqiqə saxlanılır. Daha sonra süfrəyə verilir. Nuş olsun.