Zeytun yağlı kərəviz

ən dadlı yeməklər, Zeytuna ilə bişər

Tərkibi:
1 kq kərəviz
1 ədə portağalın suyu
2 ədəd baş soğan
1 ədə kök
Şüyüd
1 stəkan Zeytuna Extra Virgin
Duz zövqə görə

Hazırlanma qaydası:
Kərəvizlər soyulub halqavari doğranılıb yuyulur. Soğan və kök halqavari doğranılır, kərəvizlər tavaya düzülür. Ortalarına kök və soğan yerləşdirilir. Üstünə Zeytuna Extra Virgin tökülür. Şəkər, duz və portağal suyu əlavə edilərək, orta alovda 20 dəqiqə bişirilir. Soyuduqdan sonra şüyüdlə bəzədilib süfrəyə verilir. Nuş olsun.
Qeyd: Qaynadılmış kartof və yaşıl noxud da əlavə edə bilərsiniz.