Makaron salatı

ən dadlı yeməklər, Zeytuna ilə bişər

Tərkibi:
1 paket makaron
1 balaca banka konservləşdirilmiş qarğıdalı
1 balaca banka kornişon turşusu
5 ədəd baş soğan
3 diş sarımsaq
Şüyüd
5 yemək qaşığı Zeytuna Extra Virgin
Duz zövqə görə
Bəzək üçün: Nanə, sumax, qırmızı bibər, cəfəri

Hazırlanma qaydası:
Makaron 10 dəqiqə qaynadılır. Üzərinə kiçik dpğranmış şüyüd, soğan, qarğıdalı, doğranmış kornişon turşusu əlavə edilir. Ayrı qabda Zeytuna Extra virgin, duz və rəndələnmiş sarımsaq qarışdırılır və makarona əlavə edilir. Qarışdırıldıqdan sonra zövqə görə nanə, sumax, qırmızı bibər və ya cəfəri ilə bəzədilərək, soyuq halda süfrəyə verilir. Nuş olsun.